Bakı, 16 aprel, AZƏRTAC
Livan və İsrail sülhə nail olmaq üçün 10 günlük atəşkəs barədə razılığa gəlib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth” sosial şəbəkəsində yazıb.
O, Livanın Prezidenti Cozef Aun və İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.
“Çərşənbə axşamı iki ölkə 34 ildən sonra ilk dəfə Vaşinqtonda Dövlət katibi Marko Rubio ilə görüşdülər. Mən Vitse-prezident Vensə və Dövlət katibi Rubioya, eləcə də Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynə İsrail və Livanla birlikdə davamlı sülhə nail olmaq üçün işləməyi tapşırdım. Dünyada 9 müharibəni həll etmək mənim üçün şərəf olub və bu, mənim 10-cu sülhüm olacaq. Ona görə də gəlin bunu başa çatdıraq” ,- deyə Tramp əlavə edib.