AZ

“Azəriqaz”ın sürücüsü qəza törədib qaçdı; vətəndaşa dəyən ziyan ödənmir ŞİAKYƏT VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtın Nəsimi rayonunda müəmmalı qəza hadisəsi baş verib.

Yüksək sürətli yolda məsuliyyətsizlik: Sürücü dayanıb qəzanı izlədi - VİDEO

Avtosfer.az-ın qaynar xəttinə şikayət edən vətəndaş deyib ki, dövlət qurumunun işçiləri onun maşınını vurub hadisə yerindən qaçıblar. Belə ki, rayonun Salatın Əsgərova küçəsində “Nissan” markalı, 99-TR-870 nömrə nişanlı avtomobilini saxlayıb və ərazidən uzaqlaşıb. Geri gəldiyində isə avtomobilinin əzildiyini görüb. Avtomobil idarəçisi qəza ilə bağlı şikayət edib və polis hadisənin “Azəriqaz”a məxsus “Ford” markalı, 90-JR-579 nömrə nişanlı maşının sürücüsü tərəfindən törətdiyini müəyyənləşdirib.

“Nissan”ın sürücüsü “Azəriqaz” İB-nin qaynar xətt nömrələrinə zəng edərək əməkdaşlarınının avtomobilini əzdiyini bildirib. Qurumun qaynar xəttindən isə vətəndaşa verilən cavab belə olub: “Bura qəzaların sığortası ilə bağlı şikayət nömrəsi deyil, polisə verin, nə istəsəz edin”.

Vətəndaş isə ona dəymiş ziyanın ödənilməsini tələb edir. Qurum isə şikayətçiyə hansısa qaneedici cavab verməyib.

Səfər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
avtosfer.az

1Mənbələr