AZ

Tramp: “İsraillə Livanı barışdırdım, 10-cu müharibəni dayandırdım" - ŞOK AÇIQLAMA

ABŞ prezidenti Donald Tramp İsrail və Livan arasında uzun illərdən sonra ilk dəfə birbaşa təmasın baş tutduğunu və tərəflər arasında atəşkəs razılaşmasının əldə edildiyini açıqlayıb. Musavat.com xəbər verir ki, Tramp bu barədə sosial media hesabında geniş paylaşım edib.

Onun sözlərinə görə, Livan prezidenti Cozef Aun və İsrailin baş naziri Benyamin Netanyahu ilə aparılan danışıqlar nəticəsində tərəflər 10 günlük atəşkəsə razılıq veriblər. ABŞ prezidenti bildirib ki, bu atəşkəs ABŞ-ın şərq vaxtı ilə saat 17:00-da (EST) qüvvəyə minəcək.

Tramp paylaşımında mühüm detalı xüsusi vurğulayıb: İsrail və Livan nümayəndələri 34 ildən sonra ilk dəfə Vaşinqton şəhərində bir araya gəliblər.

ABŞ prezidentinin açıqlamasının tam mətni Azərbaycan dilinə uyğunlaşdırılmış şəkildə belədir:

“Mən Livanın yüksək hörmətə layiq prezidenti Cozef Aun və İsrailin baş naziri Binyamin Netanyahu ilə çox məhsuldar danışıqlar apardım. Bu iki lider ölkələri arasında SÜLHƏ nail olmaq üçün ABŞ-ın şərq vaxtı ilə saat 17:00-da rəsmi şəkildə 10 günlük ATƏŞKƏSƏ başlamaq barədə razılığa gəliblər.

Çərşənbə axşamı günü bu iki ölkə 34 ildən sonra ilk dəfə burada, Vaşinqton şəhərində bizim möhtərəm dövlət katibimiz Marko Rubio ilə birlikdə bir araya gəldi. Mən vitse-prezident Cey Di Vensə və dövlət katibi Rubioya, həmçinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den ‘Razin’ Keyn ilə birlikdə İsrail və Livanla işləyərək davamlı SÜLHƏ nail olmaq tapşırığını vermişəm.

Dünyada 9 müharibəni həll etmək mənim üçün böyük şərəf olub və bu mənim 10-cu münaqişəm olacaq, gəlin bunu BAŞA ÇATDIRAQ!”

Tramp əlavə edib ki, ABŞ administrasiyası bu prosesin davamı olaraq tərəflər arasında uzunmüddətli sülhün əldə olunması üçün aktiv fəaliyyət göstərəcək.

Hazırkı mərhələdə əldə olunan razılaşma yalnız 10 günlük atəşkəsi əhatə edir. Bu müddət ərzində tərəflər arasında daha geniş siyasi razılaşmanın əldə olunması üçün danışıqların davam etdirilməsi planlaşdırılır.

Qeyd edək ki, İsrail və Livan arasında münasibətlər onilliklərdir gərgin olaraq qalır və bu müddətdə birbaşa diplomatik təmaslar son dərəcə nadir olub. Bu baxımdan Vaşinqton görüşü regionda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Musavat.com

Seçilən
13
5
musavat.com

10Mənbələr