"Liverpul"un hücumçusu Uqo Ekitike axilles vətərindən aldığı ağır zədədən sonra azarkeşlərə müraciət ünvanlayıb.
QOL.az xəbər verir ki, bu zədə səbəbindən mövsümü erkən başa vuran və 2026-cı il dünya çempionatını buraxacaq fransalı forvard "X" hesabında bunları yazıb:
"Bu çətindir, bəlkə də ədalətsizlikdir. Amma mən tək deyiləm. Sizin gücünüz və sevginiz mənim hərəkətverici qüvvəm olacaq. Tezliklə görüşərik, "Enfild".
Xatırladaq ki, Ekitike Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində PSJ-yə qarşı keçirilən cavab qarşılaşmasının (0:2) ilk hissəsində zədələnib və meydanı xərəkdə tərk etmək məcburiyyətində qalıb.