"Tanker Trackers" şirkəti ABŞ-nin tətbiq etdiyi blokadadan sonra İranın neft ixracı ilə bağlı yeni məlumat açıqlayıb.
Redaktor.az xəbər verir ki, şirkətin məlumatına görə, 13 apreldən etibarən İran Oman körfəzində yerləşən üzən anbarlardan təxminən 9 milyon barel xam neft ixrac edib.
Bildirilib ki, blokadanın tətbiqindən bir gün əvvəl – 12 aprel tarixində isə əlavə olaraq 2 milyon barel neft göndərilib.
Analitiklər qeyd edirlər ki, bu göstəricilər İranın mövcud məhdudiyyətlərə baxmayaraq ixrac imkanlarını qorumağa çalışdığını göstərir.
Aminə ŞAHSUVARQIZI