AZ

Şahin Mustafayev: Gərginlik fonunda Şimal Cənub dəhlizi əhəmiyyətini bir daha sübut edib

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Son dövrlərdə regionda yaranan gərginlik fonunda Azərbaycanın ərazisindən keçən Şimal–Cənub nəqliyyat dəhlizi öz əhəmiyyətini bir daha sübut edib".

APA-nın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bildirib.

“Gərgin vəziyyətə baxmayaraq, dəhliz fasiləsiz fəaliyyət göstərdi və bütün vəzifələrini yerinə yetirdi”, – o bildirib.

Şahin Mustafayev qeyd edib ki, bu, Azərbaycanın ümumi etibarlılığının göstəricisidir: “Bu kritik situasiyada ərazimizdən keçən dəhlizin dayanıqlılığı ölkəmizin etibarlılığını bir daha təsdiqlədi və bu, çox vacib idi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
3
apa.az

4Mənbələr