AZ

Sahibə Qafarovaya Gürcüstan Parlamentinin Fəxri medalı verildi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İstanbulda keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə gürcü spiker "X" hesabında bildirib.

O qeyd edib ki, görüş zamanı fəal parlamentlərarası əməkdaşlıq alqışlanıb və Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlığa sadiqlik təsdiqlənib.

“Biz bölgəmizdə sülh prosesini müzakirə etdik və strateji enerji layihələrinin irəlilədilməsinin vacibliyini vurğuladıq”, - Papuaşvili yazıb.

Spiker Sahibə Qafarovanı Gürcüstan parlamentinin bu yaxınlarda təsis etdiyi Fəxri medalla təltif edib. O vurğulayıb ki, Milli Məclisin sədri bu mükafata Gürcüstanla Azərbaycan arasında parlament əlaqələrinin möhkəmləndirilməsinə və iki xalq arasında dostluğa verdiyi böyük töhfələrə görə layiq görülüb.

Seçilən
10
1
unikal.az

2Mənbələr