AZ

® EMTA və EPDK arasında növbəti onlayn görüş keçirilib

Bakı, 16 aprel, AZƏRTAC

Azərbaycan-Türkiyə IV Enerji Forumunun “Tənzimləmə” İşçi Qrupunun 2025-2026-cı illər üzrə Forumlararası Fəaliyyət Planı çərçivəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) arasında növbəti onlayn görüş keçirilib.

EMTA-dan AZƏRTAC-a verilən məlumata görə, görüşdə EMTA və EPDK mütəxəssisləri ilə yanaşı, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) və “Azəristiliktəchizat” ASC-nin nümayəndələri iştirak ediblər.

İşçi qrupun EMTA və EPDK-dan olan həmsədrləri Elmar Güləliyev və Mustafa Yavuzdemir qarşılıqlı əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini dilə gətiriblər. Bu istiqamətdə davamlı fəaliyyətin gələcək perspektivlərini qeyd ediblər.

Sonra “Azəristiliktəchizat” ASC-nin sədrinin müşaviri İbrahim Əhmədov “Azərbaycanda dayanıqlı isitmə və enerji səmərəliliyi sahəsində müəyyən edilmiş yol (siyasətlər, qaydalar, təcrübələr, çətinliklər və imkanlar)” mövzusunda, BOEMDA-nın Hidrogen və yaşıl texnologiyalar şöbəsinin baş məsləhətçisi Şəfa Süleymanlı isə “E-mobilliyə keçidin sürətləndirilməsi: Azərbaycan təcrübəsi” mövzusunda təqdimatlar ilə çıxış ediblər.

Görüş zamanı, həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Seçilən
25
azertag.az

1Mənbələr