AZ

Hizbullahın hərəkatı saxlamaq üçün aylıq xərcləriAÇIQLANDI

Livanda fəaliyyət göstərən Hizbullah hərəkatının aylıq xərcləri təxminən 50 milyon dollar təşkil edir.

Redaktor.az xəbər verir ki, bu barədə "Euractiv" Qərb kəşfiyyat hesabatına istinadən məlumat yayıb.

Bildirilir ki, bu vəsaitlər silah alışı, təşkilat üzvlərinə ödənişlər, eləcə də döyüşlərdə yaralanan və ya həlak olan şəxslərin ailələrinə dəstək məqsədilə istifadə olunur.

Analitiklərin qənaətinə görə, "Hizbullah"ın hazırkı fəaliyyətini davam etdirməsi üçün geniş maliyyə resurslarına ehtiyac var.

Hesabatda İranın təşkilatın əsas maliyyə mənbəyi olduğu qeyd edilir. Bununla yanaşı, hərəkatın Livan daxilində və xaricdəki tərəfdarlarından, eləcə də bəzi yerli sponsorlardan da maliyyə dəstəyi aldığı bildirilir.

Məlumata görə, bu mənbələr arasında “Əl-Amana” yanacaq şirkəti və “Jood” qızıl mədən şirkəti də yer alır. Bundan əlavə, livanlı iş adamı Məhəmməd Nurredin və “Həsən K.” kimi tanınan digər maliyyəçi də əsas dəstəkçilər sırasında göstərilir.

Aminə ŞAHSUVARQIZI

Seçilən
17
1
redaktor.az

2Mənbələr