AZ

“Arsenal” və “Yuventus”un sabiq qapıçısı faciəvi şəkildə ölüb

Avstriya millisinin sabiq qapıçısı Aleksander Manninger vəfat edib.

AZƏRTAC xəbər verir ki, 48 yaşlı veteran qolkiperin idarə etdiyi avtomobil qatarla toqquşub. Hadisə Zalsburq şəhərindəki dəmiryol keçidində baş verib.

Qeyd edək ki, Aleksander Manninger karyerası ərzində İngiltərənin “Arsenal”, “Liverpul” və İtaliyanın “Yuventus” kimi tanınmış komandalarının formalarını geyinib.

AzPost.az

Seçilən
11
4
azpost.info

5Mənbələr