AZ

“Haber Global“ İlham Əliyevin Türkiyə səfərindən reportaj yayımladı VİDEO

Moderator.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Antalyaya səfər edib.

Moderator.az xəbər verir ki, bununla bağlı "Haber Global" reportaj yayıb.

"Azərbaycan liderini Antalya Beynəlxalq Hava Limanında rəsmi şəxslər qarşılayıblar. Səfərdə onu həyat yoldaşı Mehriban Əliyeva da müşayiət edir.

Səfər zamanı Antalya Diplomatiya Forumu çərçivəsində Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında görüş keçirilməsi gözlənilir. Görüşdə əsasən regional inkişaf məsələləri də daxil olmaqla müxtəlif mövzular müzakirə olunacaq. Forumda regional sülh prosesləri və beynəlxalq inkişaflar, eləcə də müxtəlif coğrafiyalardakı böhranlara dair fikir mübadiləsi aparılacaq. Tədbirdə bir çox ölkədən liderlər, diplomatlar və mütəxəssislər bir araya gələcəklər", - deyə telekanalın süjetində bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
moderator.az

2Mənbələr