AZ

Padar qəsəbəsində səyyar qəbul görüş keçirildi FOTOLAR

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, vətəndaşların problemlərinin dinlənilməsi və operativ həlli məqsədilə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov tərəfindən yerlərdə mütəmadi olaraq səyyar qəbul-görüşlər təşkil olunur.Demokrat.az xəbər verir ki, 16 aprel 2026-cı il tarixdə növbəti səyyar qəbul-görüş Padar qəsəbəsində keçirilib.Görüşdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Hacıqabul Rayon Polis Şöbəsinin rəisi Anar Xəlilov, Dövlət Təhlükəsizliyi Xidmətinin Hacıqabul rayon şöbəsinin rəisi Elçin Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin rəisi Faiq Vahabov, icra hakimiyyəti aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.Görüş zamanı icra hakimiyyətinin başçısı Sevindik Hətəmov son illərdə ölkəmizin, o cümlədən Hacıqabul rayonunun sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən dövlət proqramları və sosial layihələr barədə ətraflı məlumat verib. İcra başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə regionlarda aparılan genişmiqyaslı işlərin Hacıqabul rayonunda da öz müsbət nəticələrini verdiyini qeyd edib.Səyyar qəbul zamanı sakinlərin müxtəlif məzmunlu müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə müvafiq qurumlara yönləndiriləcəyi bildirilib.Sakinlər görüşün səmərəli keçdiyini vurğulanıb, dövlət rəhbərliyinin göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirilib. Bu cür səyyar qəbul-görüşlərin əsas məqsədi vətəndaşların dövlət orqanları ilə birbaşa ünsiyyətini təmin etmək və onların gündəlik həyatında qarşılaşdıqları problemlərin operativ həllinə nail olmaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
demokrat.az

1Mənbələr