AZ

Bu qida məhsullarının emalı və dövriyyəsi qadağandır VİDEO

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, idman qidaları və bioloji aktiv qida məhsullarının (BAQM) istehsalı, idxalı və satışı qüvvədə olan qanunvericiliyin tələblərinə tam uyğun şəkildə həyata keçirilməlidir.

"Unikal" xəbər verir ki, bununla yanaşı, sosial şəbəkələr üzərindən qeydiyyatsız və qeyri-qanuni formada satış fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin də fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmaları zəruridir.

Belə ki, Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş və qida təhlükəsizliyi sahəsində tələblərə cavab verən idmançı qidaları və BAQM-lar Agentlik  tərəfindən verilmiş idxal sağlamlıq aktına malik olmalıdır. Həmçinin, BAQM-ların emalına və dövriyyəsinə həmin məhsulların Agentlik tərəfindən qeydiyyatı aparıldıqdan sonra icazə verilir. Qeydiyyata alınmamış məhsulların istehsalı, emalı və dövriyyəsi qadağandır.

Sahibkarlara tövsiyə olunur ki, satışa təqdim etdikləri məhsulların mənşəyi, tərkibi və təhlükəsizliyi ilə bağlı bütün zəruri sənədləri təmin etsinlər, etiketlənmə qaydalarına ciddi əməl etsinlər və istehlakçıları yanlış yönləndirə biləcək məlumatların yayılmasına yol verməsinlər.

Bildiririk ki, Agentlik tərəfindən bu sahədə nəzarət tədbirləri davam etdirilir və qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildikdə müvafiq tədbirlər görülür. Sahibkarların bu tələblərə əməl etməsi həm istehlakçıların sağlamlığının qorunmasına, həm də bazarda ədalətli rəqabət mühitinin formalaşmasına xidmət edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
4
unikal.az

5Mənbələr