AZ

Fransadan Şavan Jabarinlə bağlı şok qərar: Ölkəyə buraxılmadı

Fransa rəsmiləri İordan çayının Qərb sahili mərkəzli insan hüquqları təşkilatı Al-Haqın direktoru Şavan Jabarinin ölkəyə girişinə icazə verməyib.

"Cebheinfo.az" xəbər verir ki, Al-Haq tərəfindən yayılan açıqlamaya görə, fələstinli hüquq müdafiəçisi Şavan Jabarinin Strasbourg şəhərində keçiriləcək Avropa Parlamentinin İnsan Hüquqları Komitəsinin iclasına qatılmaq üçün etdiyi viza müraciəti Fransa tərəfindən rədd edilib.

Bildirilib ki, Fransanın bu “son dəqiqə” qərarı fələstinlilərin hüquqlarını müdafiə etmək və hesabatlılığı təmin etmək istiqamətindəki səylərə bir daha zərbə vurub.

Qeyd olunub ki, İsrailin Qəzzada həyata keçirdiyi hücumlar fonunda “beynəlxalq hüququ müdafiə etdiyini iddia edən dövlətlərin ədalət axtaranları hədəf alması onların məsuliyyətini daha da artırır”.

Açıqlamada beynəlxalq ictimaiyyətin bu məsələdə uğursuzluğunun artıq passiv deyil, aktiv xarakter daşıdığı vurğulanıb.Bundan əlavə, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən barəsində həbs qərarı çıxarılan İsrailin Baş naziri Benyamin Netanyahunun uçuşlarında hava məkanından istifadə imkanı yaradan Fransa kimi ölkələrin İsrail rəsmilərinin törətdiyi hüquq pozuntularının cəzasız qalmasına şərait yaratdığı bildirilib.

Açıqlamada fikirlərinə yer verilən Şavan Jabarin isə “bütün təzyiq və susdurma cəhdlərinə baxmayaraq, Fələstin xalqının hüquqlarını qorumaq və ədalət uğrunda mübarizəni davam etdirəcəklərini” qeyd edib.

Seçilən
4
1
cebheinfo.az

2Mənbələr