AZ

Ekoloji Bilik Günü ilə əlaqədar məktəblərdə maarifləndirmə tədbirləri təşkil olunub

15 aprel – Ekoloji Bilik Günü münasibətilə regional ekologiya və təbii sərvətlər idarələrinin əməkdaşları tərəfindən müxtəlif ümumtəhsil müəssisələrində maarifləndirici tədbirlər təşkil olunub.

Tədbirlərin əsas məqsədi gənc nəslin ekoloji bilik səviyyəsini artırmaq, onlarda ətraf mühitə qarşı məsuliyyətli və davamlı ekoloji düşüncə tərzini formalaşdırmaqdan ibarətdir. 
Görüşlər çərçivəsində 
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci, 
Bakı şəhəri 158 nömrəli,
Şirvan şəhəri 10 saylı,
Tərtər rayonu A.Həsənov adına Buruc kənd,
Lənkəran rayonu Mamusta kənd və Hirkan qəsəbəsi tam orta məktəblərində tələbə və şagirdlərə ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə, tullantıların düzgün idarə olunması və digər aktual ekoloji mövzular barədə ətraflı məlumat verilib, təkrar emal prosesinin, təbii ehtiyatlardan məsuliyyətli istifadənin və gündəlik davranışların ekoloji tarazlığa təsirinin sağlam şəhər mühitinin formalaşdırılmasında əhəmiyyəti vurğulanıb.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən tədbirlərin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb, onların mövzu ilə bağlı fikir mübadiləsi aparmalarına şərait yaradılıb.
Seçilən
17
ekologiya.az

1Mənbələr