AZ

İtaliya paytaxtını tərk etməyəcək

Doniell Malenin aqibəti müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, “Roma” rəhbərliyi “Aston Villa”dan icarəyə götürülən futbolçu ilə bağlı qərarını verib. İtaliya klubu niderlandlı hücumçunun transfer hüququna yiyələnəcək. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Paytaxt klubu 27 yaşlı forvard üçün müqavilədəki 25 milyon avroluq satınalma bəndindən istifadə edəcək.

“Roma” Donielli yanvarda icarəyə götürüb. Niderland yığmasının üzvü “canavarlar”ın heyətində keçirdiyi 14 matçda 11 qol vurub, 1 məhsuldar ötürmə edib.

Seçilən
16
1
football-plus.az

2Mənbələr