AZ

53 yaşlı kişi məktəblini dabankeşlə DÖYDÜ: 13 yaşlı yeniyetmə xəstəxanaya YERLƏŞDİRİLDİ – VİDEO

Açinskdə kişi səs-küy salan məktəblini dabankeşlə döyüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Rusiyanın Açinsk şəhərində xoşagəlməz hadisə baş verib. Məlumata görə, 53 yaşlı Konstantin adlı şəxs binanın girişində səs-küy salan 13 yaşlı yeniyetmələrin olduğu yerə hücum edib.

O, əlindəki metal ayaqqabı çəkəcəyi ilə yeniyetmələri qovmağa çalışıb. Uşaqlar qaçmağa çalışarkən onlardan biri büdrəyərək yıxılıb və həmin şəxs ona hücum edərək döyüb.

Yeniyetməyə yoldan keçən bir cütlük kömək etməyə çalışıb. Həmin şəxs onlara da hədə-qorxu gəlib, lakin sonradan dayanıb və ərazini tərk edib.

İlkin məlumatlara görə, yeniyetmənin sümüklərində sınıqlar və beyin sarsıntısı var.

Şübhəli şəxs saxlanılıb. O, yeniyetmələri sadəcə səs-küy saldıqları üçün qovmaq istədiyini, lakin vəziyyəti idarə edə bilməyərək “həddini aşdığını” bildirib.

Qonşuların sözlərinə görə, həmin şəxs əvvəllər də insanları söyür, hətta başqa bir yeniyetməyə çəkiclə hücum etdiyi iddia edilir.

Faktla bağlı cinayət işi başlanılıb, qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.

Məlum olub ki, kişi əvvəllər oğurluq və ehtiyatsızlıqdan ağır bədən xəsarəti yetirməyə görə məhkumluq həyatı yaşayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
30
1
interpress.az

2Mənbələr