AZ

"Barselona" Fliki komandada saxlayacaq

BAKI, 16 aprel. TELEQRAF

"Barselona" baş məşqçisi Hansi Flik ilə yeni müqavilə imzalayacaq.

Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, Kataloniya klubu almaniyalı mütəxəssisin sözləşməsini 2027/28 mövsümünün sonuna qədər uzatmaq niyyətindədir.

Tərəflər arasında artıq şifahi razılıq əldə olunub.

Flikin Kataloniya nəhəngi ilə hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

Qeyd edək ki, 2024-cü ilin yayından "Barselona"nı çalışdıran Flik katalonlarla 2 dəfə İspaniya Super Kubokunu, Kral Kuboku və La Liqa çempionluğunu qazanıb.

Seçilən
2
teleqraf.com

1Mənbələr