AZ

Pit Heqset: İrandakı yeni rejimi ağıllı seçim etməyə çağırırıq

Bakı, 16 aprel, AZƏRTAC

İran firavan gələcək seçə bilər və ümid edirik ki, İran hakimiyyyəti xalqı üçün bunu edəcək.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri keçirdiyi mətbuat konfransında ABŞ Müharibə katibi Pit Heqset deyib.

O bildirib ki, lazım olduğu müddətcə ABŞ blokadanı qoruyacaq.

“Lakin İran səhv seçim edərsə, onda blokada olacaq və enerji infrastrukturuna bombalar yağdırılacaq. Eyni zamanda, maliyyə katibi Skott Bessent və maliyyə departamenti “İqtisadi Qəzəb” əməliyyatına başlayıb və İran hökumətinə iqtisadi təzyiqi maksimum dərəcədə artırırlar. İrana gəldikdə isə, demək istəyirəm ki, ağıllı seçim edin. Dünya izlədi, siz də izlədiniz. ABŞ ordusu böyük döyüş əməliyyatlarından dünya səviyyəli blokadaya problemsiz keçdi. Biz bu keçidi yenidən və hətta əvvəlkindən daha güclü şəkildə edə bilərik. Prezident Trampın göstərişi ilə Müharibə departamenti İranın heç vaxt nüvə silahına sahib olmamasını təmin edəcək. Biz bunu gözəl şəkildə, razılaşma yolu ilə etməyi üstün tuturuq, yoxsa bunu çətin yolla da edə bilərik. Biz bu yeni rejimi ağıllı seçim etməyə çağırırıq”, -deyə Heqset əlavə edib.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Seçilən
22
2
azertag.az

3Mənbələr