AZ

Ayrılığı daha az travmatik etməyin yolları - ARAŞDIRMA

Kanadalı psixoloqlar müəyyən ediblər ki, insanların necə ayrılması onların sonrakı emosional vəziyyətinə birbaşa təsir göstərir.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri “Journal of Sex & Marital Therapy” jurnalında dərc olunub.

Ottawa Universiteti alimlərinin apardığı araşdırmada yaxın zamanda münasibəti bitmiş 362 nəfər iştirak edib. İştirakçılar həm emosional vəziyyətlərini, həm də ayrılıq prosesinin necə keçdiyini qiymətləndiriblər.

Məlum olub ki, əsas rol “avtonom dəstək” adlanan ünsiyyət tərzinə məxsusdur. Bu yanaşmada tərəflər ayrılığın səbəblərini açıq şəkildə izah edir, qarşı tərəfin hisslərini nəzərə alır və ona vəziyyəti anlamaq üçün vaxt verir.

Tədqiqat göstərib ki, hörmətli və açıq ayrılıq emosional ağrını tam azaltmasa da, insanlarda daha müsbət əhval-ruhiyyə və daxili enerji hissinin qorunmasına kömək edir. Bu isə onların daha tez toparlanmasına və irəli getməsinə şərait yaradır.

Eyni zamanda, keçmiş partnyorla əlaqəni davam etdirən şəxslərdə narahatlıq və depressiv əlamətlərin daha çox müşahidə olunduğu müəyyən edilib.

Alimlər qeyd edirlər ki, nəticələr birbaşa səbəb-nəticə əlaqəsini tam sübut etməsə də, ayrılıq zamanı ünsiyyətin düzgün qurulmasının bu prosesi daha sağlam keçirməyə kömək etdiyini göstərir.

NURİYYƏ

Seçilən
29
1
redaktor.az

2Mənbələr