AZ

Duman olacaq - Sürücülərin nəzərinə!

Yazını böyüt
Yazını kiçilt

Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Hafta.az xəbər verir ki, aprelin 17-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava müşahidə olunacaq.

Proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Belə ki, yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Sürücülərə ehtiyatlı olmaları tövsiyə olunur.

Seçilən
15
15
hafta.az

10Mənbələr