AZ

Müğənni Cananın prodüseri evlənir

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Müğənni Cananın prodüseri kimi tanınan Daqqıll ailə həyatı qurub.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı sənətçinin özü Xüsusi.Tv-yə açıqlamasında təsdiqləyib.

Müğənni bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirir və hazırda toyla bağlı son hazırlıq işləri davam edir:

“Bəli, məlumatlar doğrudur. Hal-hazırda hazırlıq işləri gedir. İnşAllah, axşam bütün qonaqlar toy məclisində olacaq. Mən də xüsusi olaraq iştirak edəcəyəm.”

Sənətçi həmçinin prodüserinə xoş arzularını çatdıraraq ona xoşbəxt ailə həyatı arzulayıb.

Qeyd edək ki, Daqqıll şou-biznes mühitində uzun müddətdir fəaliyyət göstərir və bir çox uğurlu layihələrdə imzası ilə tanınır. Onun ailə həyatı qurması sənət cameəsində də maraqla qarşılanıb.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
icma.az

1Mənbələr