Portuqaliyalı futbolçu Bernardu Silva mövsümün sonunda İngiltərənin “Mançester Siti”dən ayrılacaq.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə “şəhərlilər” rəsmi açıqlama verib. 31 yaşlı yarımmüdafiəçi yayda komanda ilə vidalaşacaq.
Qeyd edək ki, Bernardu Silva 2017-ci ildən “Mançester Siti”də çıxış edir. Onun xidmətində “Qalatasaray”ın maraqlı olduğu bildirilir.