Sumqayıtda yaşayış binalarının birində antisanitar vəziyyət hökm sürür.
Şikayətçilərin sözlərinə görə, vətəndaşlar zibilləri birbaşa yaşadıqları binadan aşağı atırlar. Nəticədə tullantılar ətrafa səpələnir və ərazidə antisanitar vəziyyət yaranır.
Məlumat üçün bildirək ki, binanın yaxınlığında zibil qutuları da yerləşir.
Vətəndaşlar sakinləri daha məsuliyyətli olmağa çağırır, aidiyyəti qurumlardan isə ərazidə nəzarət tədbirlərinin gücləndirilməsini xahiş edirlər.