AZ

BOKT “İnternational” ASC səhmdarlarını yığıncağa çağırır

18 may 2026-cı il tarixində Bank Olmayan Kredit Təşkilatı “İnternational” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. 

Banker.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:

2025-ci il üzrə maliyyə və idarəetmə hesabatının təsdiq edilməsi: İstiqrazların buraxılması; Digər məsələlər   

Yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk, ev 12A ünvanında keçiriləcəkdir.

Qeyd edək ki, BOKT “İnternational” ASC-nin nizamnamə kapitalının 100%-i 1 fiziki şəxsə (Həsənov Rifat Vaqif oğlu) məxsusdur.

 

Seçilən
14
banker.az

1Mənbələr