AZ

Kürdə TƏHLÜKƏ: Su evlərin həyətlərinə doldu FOTO

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kür çayında təhlükə artmaqda davam edir.Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi 3 metrdən çox artıb.Belə ki, artmaqda olan suyun səviyyəsi yaşayış evlərinə doğru yaxınlaşır. Bu isə sakinlər üçün təhlükənin yaxınlaşmasından xəbər verir.Durmadan artan suyun səviyyəsi rayonda bir nüçə evin həyətlərinə dolub və sakinlər mal-qarasının, toyuq cücəsinin yerini dəyişmək məcburiyyətində qalıblar.Hazırda suyun səviyyəsi artmaqda davam edir. Belə davam edərsə həmin ərazidə təhlükə qaçılmaz olacaq.

Bizim.Media, Aran bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
bizim.media

2Mənbələr