AZ

İsraildən görünməmiş hücum 1 dəqiqədə 70 hədəf vuruldu

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsrail ordusu Livanın cənubundakı Bint Cbeil bölgəsində Hizbullaha məxsus olduğu iddia edilən 70 hədəfin bir dəqiqədə partladıldığını bildirib. 

Livan Səhiyyə Nazirliyinin açıqlamasına görə, İsrail hücumunda qadın və uşaqlar da daxil olmaqla 11 nəfər həlak olub. Livan mediası İsrailin son bir neçə saat ərzində ölkənin cənubuna bir neçə hücum həyata keçirdiyini, bunlardan birinin Qasmiyə kəndi yaxınlığında baş verdiyini və 15 nəfərin yaralandığını bildirib.

Adı çəkilməyən yüksək vəzifəli Livan təhlükəsizlik rəsmisi hücumun Cənubi Livanı ölkənin qalan hissəsi ilə birləşdirən son körpünü hədəf aldığını bildirib və körpünün tamamilə dağıldığını və təmir edilə bilməyəcəyini əlavə edib.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
azpolitika.info

1Mənbələr