AZ

Pit Heqset İranı nüvə proqramından öz xoşu ilə imtina etməyə çağırıb

İrana qarşı blokadanı lazım olduğu qədər davam etdirəcəyik.

APA xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, ABŞ ordusu blokadadan döyüş vəziyyətinə çox cəld və güclü şəkildə keçə bilər.

“Müharibə Nazirliyi İranın heç vaxt nüvə silahına sahib olmayacağını zəmanət altına alacaq. Biz bunu xoşluqla etmək istəyərik, zor gücünə də edə bilərik”, - Heqset əlavə edib.

Seçilən
35
5
apa.az

7Mənbələr