AZ

Çex hökuməti prezidentin NATO sammitinə qatılmamasına qərar verib

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Çex hökuməti qərar qəbul edib ki, prezident Petr Pavel iyul ayında Ankarada keçiriləcək NATO sammitində iştirak etməyəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə "Idnes" portalı məlumat yayıb və bunu hökumətin 2026-cı il üçün ölkə rəhbərlərinin hava nəqliyyatı ilə təmin olunması barədə qərarına istinad edib.

Sənədə əsasən, Çex Respublikasını NATO sammitində baş nazir Andrej Babiş, xarici işlər naziri Petr Matzinka və müdafiə naziri Yaromir Zuna təmsil edəcəklər. Bununla belə, Çex mətbuatına görə, Prezident Pavel sammitdə iştirak etməyə maraqlı olduğunu vurğulayıb, çünki ölkənin konstitusiyasına görə, əsas beynəlxalq tədbirlərdə respublikanı məhz dövlət başçısı təmsil edir.

Hökumət rəsmilərinin bildirdiyinə görə, sammitin işçi hissələrində hökumət nümayəndə heyəti iştirak etməlidir. Bununla yanaşı, prezidentin sammitin qeyri-rəsmi hissəsində, məsələn, NATO üzv dövlətlərin başçıları ilə birgə şam yeməyində iştirak etməsi mümkündür.

Portal qeyd edib ki, hökumətin qərarına əsasən, prezident ilin ilk yarısında Slovakiya, Xorvatiya, Rumıniya və Estoniyaya rəsmi səfərlər edəcək. Baş nazir isə 2026-cı ildə Vyetnam və Filippinlər, həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistana səfərlər etməyi planlaşdırır.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
icma.az

1Mənbələr