AZ

“Azərkosmos”un nizamnaməsinə və strukturuna dəyişiklik edildi

“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 dekabr tarixli 240 nömrəli Qərarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 54 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 178 (Cild I); 2024, № 4, maddə 456, № 6 (II kitab), maddə 737, № 12 (I kitab), maddə 1317) aşağıdakı dəyişikliklər edilsin: 2 1. 4-cü hissə aşağıdakı redaksiyada verilsin: “4. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”. 2. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Nizamnaməsi”nin 5.1-ci bəndində “473605880 (dörd yüz yetmiş üç milyon altı yüz beş min səkkiz yüz səksən)” sözləri “567 605 880 (beş yüz altmış yeddi milyon altı yüz beş min səkkiz yüz səksən)” sözləri ilə əvəz edilsin.

Seçilən
0
teleqraf.com

1Mənbələr