AZ

Sahibə Qafarova Valentina Matviyenko ilə görüşdü (FOTO)

Bakı. Trend:

Aprelin 16-da Milli Məclisin sədri Sahibə Qafarova İstanbuldakeçirilən Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyasıçərçivəsində Rusiya Federasiyası Federal Məclisi FederasiyaŞurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənTrend-ə verilənməlumata görə, Sahibə Qafarova PAİ və Qoşulmama HərəkatınınParlament Şəbəkəsi (QHPŞ) kimi beynəlxalq platformalarınəhəmiyyətini vurğulayıb.

Milli Məclisin sədri iki ölkə arasında əlaqələrin daha dainkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətəçatdırıb, parlamentlərarası əlaqələrin rolundan danışıb.

O bildirib ki, bu gün qanunverici orqanlarımız arasında çoxsəmərəli əməkdaşlıq qurulub və parlamentarilərimiz həm ikitərəflitədbirlərdə fəal iştirak edirlər, həm də beynəlxalq təşkilatlarçərçivəsində müsbət qarşılıqlı fəaliyyət göstərirlər. Eyni zamanda,MDB PA çərçivəsində fəaliyyət də mühüm istiqamətdir. Burada bir çoxmühüm məsələlərlə bağlı birgə əməkdaşlıq həyata keçirilir.Azərbaycan Parlamentinin sədri diqqətə çatdırıb ki, AzərbaycanRespublikasının Milli Məclisi ilə Rusiya Federasiyasının FederalMəclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyası daparlamentlərarası əlaqələrimizdə mühüm rol oynayır.

Dünən Rusiya və Azərbaycan xarici işlər nazirliklərininAzərbaycan təyyarəsinin 2024-cü il dekabrın 25-də Aktauyaxınlığında qəzaya uğraması barədə birgə bəyanatına toxunanValentina Matviyenko baş vermiş bədbəxt hadisənin nəticələrinintənzimlənməsinin əhəmiyyətini qeyd edib və bir daha başsağlığınıçatdırıb. Federal Şuranın sədri İrandakı müharibə fonunda Rusiyavətəndaşlarının İrandan təhlükəsiz şəkildə çıxarılması üçünAzərbaycanın göstərdiyi yardıma görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyevlə və Birinci vitse-prezident Mehribanxanım Əliyeva ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayan RusiyaFederal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko bugörüşlər barədə təəssüratlarını bölüşüb.

Ölkələrimiz arasında münasibətlərin səviyyəsindən razılıq ifadəolunub, qarşılıqlı əlaqələrin inkişafında iki ölkənin dövlətbaşçılarıının mühüm rolu qeyd edilib.

Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova iki ölkəninxarici işlər nazirliklərinin sonuncu bəyanatının əhəmiyyətinivurğulayıb.

Görüşdə xalqlarımız arasında mədəni, humanitar əlaqələrə dətoxunulub, qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsininvacibliyindən danışılıb.

Söhbətdə qarşılıqlı maraq doğuran digər mövzularda da fikirmübadiləsi aparılıb.

Sahibə
Sahibə
Sahibə
Sahibə
Seçilən
24
22
az.trend.az

10Mənbələr