AZ

"Ali Baş Komandanın sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilməkdən daha böyük qürur ola bilməz" -Deputat

Prezident İlham Əliyev Milli Məclisin deputatı Hikmət Baba oğlu Məmmədovu “Şöhrət” ordeni ilə təltif edib.

Redaktor.az 60 yaşı tamam olan Hikmət Babaoğlunun dövlət başçısının sərəncamı ilə təltif edilməsi barədə fikirlərini öyrənib.

"Əlbəttə, hər bir ictimai fəal şəxsin kiçik əməyinin böyük formada qiymətləndirilməsi qürurvericidir. Mənə elə gəlir ki, Azərbaycan Prezidentinin bu mükafatı Azərbaycan intellektual cəmiyyətinin, mənim üzvü olduğum Yeni Azərbaycan Partiyası üzvlərinin və üzvü olduğum Milli Məclisin fəaliyyətinin mükafatlandırılmasıdır. Ən nəhayət, bir Əməkdar jurnalist kimi bu, həm də mənim jurnalist həmkarlarımın intellektual əməyinə verilən qiymətdir. Ona görə də bu qürurverici hadisə ilə əlaqədar olaraq Müzəffər Ali Baş Komandanımıza, Azərbaycan Prezidentinə bütün təmsil etdiyim camiələr adından öz təşəkkürümü bildirirəm. Bir vətəndaş olaraq öz təşəkkürümü bildirirəm. Vətəni böyüdən, onun hər qarışını bizimki edən bir Ali Baş Komandanın sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilməkdən daha böyük qürur ola bilməz", - deyə o, hisslərini bölüşüb.

Aytəkin TOFİQQIZI

Seçilən
5
2
redaktor.az

3Mənbələr