"Çelsi" qarşıdan gələn yay transfer pəncərəsi üçün əsas transfer hədəflərindən birini müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, London nəhəngi "Kristal Palas"ın yarımmüdafiəçisi Adam Uortonu gözaltı edib.
İnformasiyanı "Daily Mail" yayıb. Mənbənin məlumatına görə, 21 yaşlı futbolçuya maraq, "Real Madrid"ə keçəcəyi gözlənilən Entso Fernandesin potensial gedişi ilə də əlaqələndirilir. Klub argentinalının ayrılığı ilə barışıb.
Eyni zamanda, "Çelsi" heyətini və maliyyəsini balanslaşdırmaq niyyətindədir. Əvvəlki transfer kampaniyalarında külli miqdarda xərc çəkdikdən sonra klub oyunçu satmaq variantlarını nəzərdən keçirməyə məcburdur.
Adam Uortonun transferi alınmayacağı halda, "Çelsi" üzünü "Nottingem"in yarımmüdafiəçisi Elliot Andersona çevirəcək.