ain.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Milli Paralimpiya Komitəsi (MPK) və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə "Parabadminton Günü" təşkil olunacaq.
Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Tədbirin əsas məqsədi parabadmintonun təbliği, əlilliyi olan şəxslərin idmana cəlb olunması, inklüzivliyin təşviqi, eləcə də yeni istedadların üzə çıxarılmasıdır.
Tədbir çərçivəsində əlilliyi olan yeniyetmə və gənclər parabadmintonu ilk dəfə sınaqdan keçirmək imkanı əldə edəcək, bu paraidman növü üzrə nəzəri və praktiki biliklərə yiyələnəcəklər.
Qeyd edək ki, "Parabadminton Günü" aprelin 17-də Bakı Badminton Klubunda təşkil olunacaq.
Həsrət Cəfərov: "Hər idmançının arzusu Olimpiadada medal qazanmaqdır"
Stend atıcılığı üzrə Federasiya Kuboku keçirilib - FOTO
“Üzməyi Öyrənək” layihəsinin məşqçiləri üçün seminar başlanıb
Süleyman Ələkbərov Qazaxıstanda bürünc medal qazanıb
Kamandan oxatma üzrə Bakı kubokunun açılış mərasimi baş tutub - FOTO
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.