AZ

“İsrail və Livan liderləri bu gün 34 ildən sonra ilk dəfə telefonla danışacaqlar” Tramp

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

İsrail və Livan liderləri arasında bu gün telefon danışığı olacaq.

525.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bu barədə sosial media hesabında paylaşım edib.

"Biz İsrail və Livan arasında bir az nəfəs almaq üçün yer yaratmağa çalışırıq. İki liderin sonuncu dəfə danışmasından çox uzun müddət - 34 il keçib. Bu gün onlar yenidən danışacaqlar".

Hələ ki, nə İsrail, nə də Livan tərəfindən bu barədə heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Tramp 34 il deyərkən İsrail və Livan səfirlərinin 1993-cü ildə Vaşinqtondakı görüşlərini nəzərdə tutur.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
525.az

1Mənbələr