AZ

Azərbaycan neft ixracını artırdı

Bu ilin yanvar-mart aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 187 min 341,29 ton həcmində neft məhsulları ixrac edib.Metbuat.az xbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Statistikaya əsasən, bu həcmdə məhsulun dəyəri 130 milyon 938,65 min ABŞ dolları təşkil edib.İxrac edilən neft məhsullarının həcmi ötən ilin yanvar-mart ayları ilə müqayisədə 1,5 dəfə, dəyəri isə 2,3 dəfə çoxdur.Ötən üç ayda neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,42 % olub.Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.

Seçilən
3
7
metbuat.az

10Mənbələr