AZ

Kreml AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Moskva və Bakının birgə bəyanatına münasibət bildirib

“Rusiya və Azərbaycan Xarici İşlər Nazirliklərinin AZAL-ın təyyarə qəzası ilə bağlı məsələlərin həlli ilə bağlı birgə bəyanatı əhatəlidir”.

Missiya.Az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

"Xarici İşlər Nazirliyinin dünənki açıqlaması ilə bağlı bu, olduqca ətraflı şəkildə bildirilib. Əlavə ediləcək başqa bir şey yoxdur", - deyə siyasətçi vurğulayıb.

Xatırladaq ki, Xarici İşlər Nazirliklərinin 15 apreldə dərc olunmuş birgə bəyanatında qeyd olunub ki, Moskva və Bakı AZAL-a məxsus Embraer 190 təyyarəsinin qəzası ilə əlaqədar kompensasiya da daxil olmaqla, razılığa gəliblər.

Daşqın HəsənovMissiya.Az

Seçilən
11
missiya.az

1Mənbələr