AZ

ABŞ İran limanlarına blokada tətbiq edir 10 gəmi geri qaytarıldı

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) hesabatında bildirilir ki, ABŞ Hərbi Dəniz Qüvvələri 13 apreldən etibarən İran limanlarına qarşı tətbiq edilən blokada çərçivəsində 10 gəmini geri qaytarıb.

Redaktor.az xəbər verir ki, X platformasında yayılan hesabatda qeyd olunub: “Amerika blokadası bazar ertəsi (13 aprel) günü başlayandan bəri on gəmi geri qaytarılıb və heç bir gəmi blokadanı pozmayıb”.

Məlumata görə, İranın bir yük gəmisi də blokadanı aşmağa cəhd edib. Hörmüz boğazındakı Bəndər Abbas limanından çıxan gəmi İran sahilləri boyunca hərəkət etsə də, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Spruance" esminesi tərəfindən istiqamətləndirilərək geri dönməyə məcbur edilib.

CENTCOM-un digər açıqlamasında isə bildirilib ki, ABŞ qüvvələri İran limanlarına giriş-çıxışı məhdudlaşdırmaqla ölkənin dəniz ticarətini pozur. Qurum ABŞ hərbi dəniz, quru və hava qüvvələrinin yüksək hazırlıq vəziyyətində olduğunu və blokadanı pozmağa cəhd edən istənilən gəmi ilə qarşılaşmağa hazır olduqlarını açıqlayıb.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
redaktor.az

2Mənbələr