AZ

Xəzər sahilində musiqi festivalı keçiriləcək

Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq DREAM Fest 2026, 23–26 iyul tarixləri arasında Xəzər dənizi sahilində yerləşən Sea Breeze istirahət şəhərciyində keçiriləcək. Dörd gün davam edəcək festival dünyanın müxtəlif ölkələrindən məşhur sənətçiləri bir araya gətirərək musiqisevərlərə unudulmaz anlar yaşadacaq.

Hafta.az xəbər verir ki, festivalda John Newman, Ty Dolla $ign, Busta RhymesCheb Khaled kimi dünya ulduzları ilə yanaşı, EdisZeynep Bastık kimi türk sənətçilər də səhnə alacaq. Müxtəlif musiqi janrlarını təmsil edən ifaçıların çıxış edəcəyi tədbirdə geniş repertuar təqdim olunacaq.

Bundan əlavə, Emin, Jah Khalib, Emre AltuğAygün Kazımova kimi bir çox məşhur ad da festival heyətində yer alacaq. Təşkilatçılar açıqlanacaq yeni sənətçilərlə proqramı daha da zənginləşdirməyə davam edir.

DREAM Fest yalnız konsertlərlə məhdudlaşmayacaq; qırmızı xalça tədbirləri, ulduzların keçidi, Sea Breeze Walk of Fame mərasimləri və əyləncəli fəaliyyətlərlə ziyarətçilərə hərtərəfli təcrübə təqdim olunacaq. Festivalın yay mövsümünün ən böyük musiqi tədbirlərindən biri olacağı gözlənilir.

Seçilən
0
hafta.az

1Mənbələr