AZ

“Putinin texnologiyalardan başı çıxmır” “FSB bundan istifadə edir və...”

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Rusiya rəsmiləri arasında "FSB-dən başqa hər kəs" internet bloklanmasına və tətbiqlərin bağlanmasına qarşıdır. Lakin onlar bunu Putinə deməkdən qorxurlar. 

“AzPolitika” xəbər verir ki, bu barədə Kremlə yaxın mənbələrə istinadla “Faridaily” məlumat yayıb.

Məlumatda deyilir ki, internet məhdudiyyətləri böyük biznes və dövlət məmurları, o cümlədən yüksək vəzifəli şəxslər arasında narazılığa səbəb olur.

Bir mənbə jurnalistlərə FSB-ni nəzərdə tutaraq deyib ki, "bir agentlik istisna olmaqla, hər kəs internetin bağlanmasına və bloklanmasına qarşıdır".

Eyni zamanda, rəsmilər hər şeyin “Max”-a məcburi köçürülməsindən narazıdırlar. Lakin FSB-nin təsirinə qarşı demək olar ki, heç nə etmək mümkün deyil və güc strukturları bu zəmində özlərinə münbit şərait yaradıblar.

Xüsusi qeyd olunur ki, Putinin yeni texnologiyalardan başı çıxmadığı üçün FSB bundan məharətlə istifadə edir: “Mənbələr FSB-nin texnologiyadan az anlayışı olan Putini manipulyasiya etmək üçün müharibədən istifadə etdiyini söyləyirlər. Təhlükəsizlik qüvvələrinin fikri isə onun üçün həlledicidir”.

“Faridaily” mənbələrinin fikrincə, Putinə yalnız bir amil təsir edə bilər: "Dövlət Duması seçkilərindən əvvəl hakim “Vahid Rusiya”nın rəqib partiyalarının, əsasən Kommunist Partiyasının reytinqlərinin kəskin artması. Bu halda, seçki nəticələrinə görə məsul olan Kreml rəsmiləri Putinə bu rəqəmləri göstərə və təhlükəsizlik xidmətlərini cilovlamağı təklif edə bilərlər”.

Martın sonlarında “Faridaily” qeyd etmişdi ki, ictimai narazılıq dalğası fonunda Putin ictimai tədbirlərin sayını dörddə bir azaldıb və iki əsas hadisəyə - internet kəsintilərinə və mal-qaranın kütləvi qırğınına dair narazılıqlara hələ də cavab verməyib. Putin hətta iri iş adamları ilə qeyri-rəsmi görüşdə belə internet bağlantıları barədə şərh verməkdən imtina edib. 

Qeyd olunur ki, FSB internetin şəxsən Putinin təhlkəsizliyinə təhlükə yaratdığına onu inandıra bilib. Bundan isə hazırda bütün Rusiya əhalisi əziyyət çəkməkdədir.

C.Məmmədli

“AzPolitika.info” 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
azpolitika.info

1Mənbələr