AZ

Emin lüks villasını nümayiş etdirdi, kostyumda hovuza tullandı Video+Fotolar

Axsham.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xalq artisti Emin Ağalarov lüks villasından paylaşım edib.

Axşam.az xəbər verir ki, ifaçı evindən olan görüntüləri sosial media hesabında yayımlayıb. O, videoçəkiliş zamanı mənzilinin içində yerləşən hovuza kostyumda tullanıb.

Mülkün divarlardan biri müğənninin 20 il ərzində çıxardığı albomlarla bəzədilib. O, babasından ona yadigar qalan albomları da qoruyub saxladığını bildirib. Onlardan biri 1986-cı ildə dünyaşöhrətli bəstəkar-müğənni Müslüm Maqomayev tərəfindən Eminin babası İosiflə və nənəsi Tamara üçün xüsusi imzalanıb.

Emin həmçinin kolleksiyasına daxil olan gitaraları da nümayiş etdirib.

İfaçı daha sonra övladlarının otağını göstərib. O, oğulları Əli və Mikayılın, qızları Əminə və Afinanın oyun otaqlarını nümayiş etdirib. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
4
axsam.az

5Mənbələr