ain.az bildirir, Milli.az saytına əsaslanaraq.
Xızı rayonu ərazisinə yağan leysan xarakterli yağış nəticəsində Mikayıl Müşfiqin Xızının Sayadlar kəndindəki Xatirə Muzeyinin həyətyanı sahəsi yenidən Tıx çayının sel-sularına qərq olub.
Milli.Az xəbər verir ki, təbii fəlakət nəticəsində muzeyə giriş-çıxış çətinləşib.
Bununla yanaşı Giləzi-Xızı avtomobil yolunun muzeyə yaxın hissəsində qoyulmuş şairin böyük portreti də təbii şəraitlə əlaqədar olaraq sıradan çıxıb.
Poster müvəqqəti qaydada muzeyin həyətinə yerləşdirilib.
Ayxan
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.