Bakı.Trend:
Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi 2028-ci ildətamamlanacaq.
Trend-inQarabağ bürosunun məlumatına görə, bunu Baş nazirin müavini ŞahinMustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının24-cü iclasında bildirib.
Onun sözlərinə görə, hazırda layihənin həyata keçirilməsəviyyəsi təxminən 75 %-dir.
"Bu dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 110 km, yanyollar nəzərə alınmaqla isə təxminən 140 km təşkil edir. Əsastikinti işləri artıq yerinə yetirilib".