AZ

Avtobus çaya düşdü - 11 ölü, 22 yaralı 

Ekvadorun cənubunda sərnişin avtobusu yoldan çıxaraq çaya düşüb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ekvadorun cənubundakı Azuay əyalətindən keçən Cuenca-Molleturo şosesində hərəkət edən əyalətlərarası sərnişin avtobusu sürücüsünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq maneələri aşıb. "El Chorro" körpüsünün yaxınlığında çaya düşən avtobus alovlanaraq yanmağa başlayıb.


Bölgəyə çoxsaylı yanğınsöndürən, tibbi və axtarış-xilasetmə qrupları göndərilib. Cuenca Yanğınsöndürənləri tərəfindən verilən açıqlamaya görə, ilkin məlumata əsasən, 11 nəfərin həyatını itirdiyi, 22 nəfərin isə yaralandığı bildirilib.

Seçilən
31
manset.az

1Mənbələr