AZ

Baş nazirin müavini: Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi hazırkı şəraitdə fasiləsiz yükdaşımaları təmin edir

“Mürəkkəb regional vəziyyət əməkdaşlığımızın inkişafına təsir göstərmir”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Zəngilan şəhərində keçirilən Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclasında çıxışı zamanı deyib.

“Azərbaycan Rusiya Federasiyası ilə tərəfdaşlığın ardıcıl inkişafına sadiqliyini nümayiş etdirməyə davam edir”, - o bildirib.

O qeyd edib ki, regionun üzləşdiyi yeni çağırışlar fonunda Azərbaycan tərəfindən İrandan Rusiya vətəndaşlarının təxliyəsinə operativ dəstək göstərilib.

Eyni zamanda, Azərbaycanın ərazisi vasitəsilə Rusiyanın humanitar yardımının İrana çatdırılmasına kömək davam etdirilir.

Mustafayev vurğulayıb ki, humanitar yardımın ikinci böyük partiyası martın 27-də Astara şəhərində, İran-Azərbaycan sərhədində təhvil verilib.

Baş nazirin müavini əlavə edib ki, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi hazırkı mürəkkəb şəraitdə fasiləsiz yükdaşımaları təmin edərək etibarlı fəaliyyət göstərir. Onun sözlərinə görə, bu dəhliz praktikada öz dayanıqlığını və rəqabət qabiliyyətini təsdiqləyib.

Seçilən
24
4
apa.az

5Mənbələr