AZ

“Uşağın inkişafında əsas müəyyənedici amil mühit, sevgi və düzgün yanaşmadır” – Samirə İsmayılova

Uşaq psixikasının sağlam formalaşması üçün sabit sevgi, təhlükəsizlik və emosional bağlılığın əsas şərt olduğu bildirilir. Mütəxəssislərin fikrincə, sağlam ailədə böyüyən uşaqlar özlərini daha dəyərli hiss edir, güvən duyğusu formalaşdırır və gələcək sosial münasibətlərində daha stabil olurlar.

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Samirə İsmayılova QHT.az-a açıqlamasında bildirib ki, ən optimal yanaşma uşaqların uzunmüddətli müəssisələrdə deyil, sevgi və sabitlik təmin edən alternativ ailə modellərində – himayə və övladlığa götürmə vasitəsilə böyüməsidir. Onun sözlərinə görə, genetik faktorlar müəyyən rol oynasa da, uşağın inkişafında əsas müəyyənedici amil mühit, sevgi və düzgün yanaşmadır.

Onun sözlərinə görə, belə hallarda uşağın ailədə qalması deyil, o mühitdən uzaqlaşdırılması daha sağlam seçim olur. Bu nöqtədə uşaq evləri  zəruri qoruyucu mühit rolunu oynayır.Araşdırmalar göstərir ki, uşaq evlərində böyüyən uşaqlarda emosional bağlılıq problemləri, tərk edilmə qorxusu və sosial adaptasiya çətinlikləri daha çox müşahidə oluna bilər. Bunun səbəbi isə fərdi diqqətin və davamlı emosional bağın məhdud olmasıdır. Yəni burada problem mühitin “pis” olması deyil, ana-ata bağlılığının yerini tam doldura bilməməsidir.Nəticə olaraq demək olar ki, ən yaxşı mühit – sağlam və təhlükəsiz ailədir. Amma belə bir ailə yoxdursa, uşağın zorakı və dağıdıcı mühitdə qalmaqdansa, qoruyucu sistemə keçməsi daha doğrudur.

Eyni zamanda, ən optimal yanaşma uşaqların uzunmüddətli olaraq müəssisələrdə deyil, sevgi və sabitlik təmin edən alternativ ailə modellərində (himayə, övladlığa götürmə) böyüməsinə şərait yaratmaqdır.Uşağın inkişafında genetik faktorlar müəyyən rol oynasa da, psixologiya göstərir ki, mühit, sevgi və düzgün yanaşma bu təsiri ciddi şəkildə formalaşdırır və yönləndirir. Övladlığa götürmə zamanı uşağın keçmişi və mümkün risk faktorları nəzərə alınmalıdır, lakin bu, onun gələcəyinin əvvəlcədən müəyyən olunduğu anlamına gəlmir. Sağlam emosional bağ, sabitlik və dəstək mühiti uşağın psixoloji inkişafında həlledici rol oynayır.- deyə Samirə İsmayılova açıqlamasında qeyd edib.

Zəhra Ağayeva

 

Seçilən
17
qht.az

1Mənbələr