AZ

Mbappe Messini geridə qoydu

İspaniyanın Real Madrid klubunun hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında yeni nailiyyətlə diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, fransalı futbolçu 1/4 final mərhələsinin cavab oyununda "Bavariya" ilə qarşılaşmada fərqlənərək bu uğura imza atıb. Münhendə keçirilən və Madrid təmsilçisinin 3:4 hesablı məğlubiyyəti ilə başa çatan oyunda Mbappe turnirdəki qol sayını 15-ə yüksəldib.

Bununla da o, Lionel Messinin 2011/2012 mövsümündə vurduğu 14 qolluq göstəricini geridə qoyub.

Qeyd edək ki, Çempionlar Liqasının bir mövsümdə ən çox qol rekordu isə Kristiano Ronaldoya məxsusdur. Portuqaliyalı ulduz 2013/2014 mövsümündə "Real Madrid" forması ilə 17 qol vurub.

Xatırladaq ki, ilk oyunda da rəqibinə uduzan Real Madrid ümumi nəticəyə görə turnirlə vidalaşıb.

Hüseyn
Milli.Az

Seçilən
18
1
milli.az

2Mənbələr