AZ

"Bakı coğrafi məkan deyil, siyasi məna mərkəzidir” – Əkbər Qoşalı – ÖZƏL

Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahının yaradılması ilə bağlı qərar İstanbulda keçirilən 5-ci Konfransda qəbul olunub. Təxminən 50 ölkə və beynəlxalq təşkilatdan 130-a yaxın nümayəndənin iştirak etdiyi toplantıda İstanbul Bəyannaməsi də təsdiqlənib, həmçinin Ərəb Parlamentinə müşahidəçi statusu verilib.

"Bu qərar diplomatik nüfuzu möhkəmləndirir, "yumşaq güc" imkanlarını genişləndirir".

Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. O bildirib ki,  bu qərarı Azərbaycanın beynəlxalq sistemdə artan çəkisinin göstəricisi kimi qiymətləndirə bilərik. Bakıda qərargahın yerləşməsi ölkəmizin qazandığı güvənin institusional formaya keçməsi deməkdir. Azərbaycan artıq Qlobal Cənubun dialoq platformlarından birinə çevrilir. Bu, özlüyündə həm diplomatik nüfuzu möhkəmləndirir, həm də "yumşaq güc" imkanlarını genişləndirir. Bakı coğrafi məkan olmaqdan irəli, siyasi məna mərkəzi kimi çıxış edir.

Ekspert qeyd edib ki, Parlament Şəbəkəsinin aktivləşməsi isə qlobal balansda yeni dinamika yarada bilər. İnkişaf etməkdə olan ölkələrin səsi daha koordinasiyalı şəkildə eşidiləcək, parlament diplomatiyası güclənəcək və klassik bloklar arasında alternativ - daha çevik "üçüncü xətt" formalaşacaq. Bu qərar Azərbaycanın artıq proseslərin - belə deyək, müəyyən mənada təşəbbüskarı və təşkilatçısı olduğunu göstərir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr