AZ

Azərbaycan və Mərakeş parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbulşəhərinə işgüzar səfəri çərçivəsində Mərakeş Krallığı ParlamentininMüşavirlər Palatasının sədri Mohamed Ould Erraşid ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənTrend-ə verilənməlumata görə, görüşdə Azərbaycan və Mərakeş arasında mövcudəlaqələrin səviyyəsi yüksək qiymətləndirilib, siyasi dialoquninkişafından, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəkvə həmrəylikdən məmnunluq ifadə olunub.

Bildirilib ki, görüşdə parlamentlərarası əlaqələrin ikitərəflimünasibətlərin inkişafında mühüm alət olduğu qeyd olunub. Bubaxımdan parlament komitələri və dostluq qrupları arasındatəmasların genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Tərəflər həmçinin parlamentlərarası əməkdaşlıq baxımındanParlamentlərarası İttifaq və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsikimi platformaların rolunu vurğulayaraq, bu çərçivədə qarşılıqlıfəaliyyətin və koordinasiyanın gücləndirilməsinin əhəmiyyətini qeydediblər.

Milli Məclisin sədri Sahibə Qafarova Mohamed Ould ErraşidinQoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransındaiştirakını və çıxışını yüksək qiymətləndirib.

Görüşdən sonra Azərbaycan Respublikası Milli Məclisi ilə MərakeşKrallığı Parlamentinin Müşavirlər Palatası arasında AnlaşmaMemorandumu imzalanıb.

Spiker Sahibə Qafarova deyib ki, Anlaşma Memorandumuparlamentlərarası institusional əməkdaşlığın genişləndirilməsinə, ocümlədən komitələr və dostluq qrupları arasında əlaqələringücləndirilməsinə, beynəlxalq platformalarda fəaliyyətin dahasəmərəli əlaqələndirilməsinə imkan verəcək.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
25
17
az.trend.az

10Mənbələr