AZ

Arvadını öldürən şəxsdən məhkəmədə ŞOK İFADƏ: “Mən gözlənilən Məsih və Mehdiyəm”

Kocaelidə keçmiş həyat yoldaşını öldürən şəxs məhkəmədə şok ifadələr verib.

İnterpress.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.

Türkiyənin Kocaeli şəhərində 2024-cü ildə keçmiş həyat yoldaşını qətlə yetirən şəxs hakim qarşısına çıxarılıb.

Məhkəmə iclasında təqsirləndirilən şəxsin ifadələri hər kəsi heyrətləndirib.

O, özünü ilahi bir varlıq kimi təqdim edərək aşağıdakı sözləri deyib:

“Mən insanları istiqamətləndirmək üçün Uca Yaradan tərəfindən göndərilmişəm. Məndən sonra artıq heç kim gəlməyəcək. Mən yəhudilərin gözlədiyi kral, xristianların gözlədiyi Məsih və müsəlmanların gözlədiyi Məhdiyəm”.

Cinayətkarın bu ifadələri məhkəmə zalında narazılıq və təəccüblə qarşılanıb. İstintaq davam edir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
23
interpress.az

1Mənbələr